Olay
Olay

“İncik ruhundan üzr istəyirəm” - Rəhimdən yazdı...

“İncik ruhundan üzr istəyirəm” - Rəhimdən yazdı...

Xalq artisti Flora Kərimova bu gecə vəfat edən Rəhim Rəhimlidən yazıb.

OLAY yazır ki, bununla bağlı sənətçi sosial şəbəkə hesabında paylaşım edib.

O, Samir Bağırovun səsləndirdiyi, musiqisinin Rəhimə məxsus olduğu “Son Yarpaq” mahnısını paylaşaraq bu sözləri bildirib:

“Sənin istedadın, fərqliliyin... Fərqliliyin insanlığın idi. Uşaq məsumiyyətinlə ilk mahnını mənə təqdim etməyini, səmimi gülüşünü, həyəcanını xatırlayıram. Hər yerdə sənin mahnına qol qaldırıb rəqs etməyimi heç demirəm! Bu mahnını da oxumağımı istəmişdin. Düşən son yarpağın bu günə imiş. Samir Bağırovun ifasını o qədər sevirdim ki, mahnının bakir məsumiyyətinə toxunmaq istəmədim. Bu qərarım nisgili ürəyinə toxunmuşdusa, incik ruhundan üzr istəyirəm! Allah sənə rəhmət eyləsin, Rəhim! Məkanın Behişt olsun”.