Rəhim Rəhimli ilə vidalaşmaq üçün evinə üz tutan Xalq artisti Aygün Kazımova media nümayəndələrinin suallarını cavablandırıb.
OLAY yazır ki, sənətçi şou-biznesdəki tək sirdaşını itirdiyi üçün keçirdiyi kədər hissini dilə gətirib:
“Bərabər gözəl layihələr planlaşdırmışdıq onunla. Çox böyük arzuları vardı yaradıcılıqla bağlı, ürəyində arzularla getdi. Ən son dünən danışmışıq, 2-3 gün öncə də bərabər idik… Hər dəfə səhnəyə çıxandan sonra ayaqları şişirdi, əziyyət çəkirdi. Amma bunu heç kimə demirdi, sadəcə ən yaxınları bilirdi. Rəhim mənim sirdaşım idi, şou-biznesdə yalnız ona güvənirdim”.