Olay
Olay

“Belə getsə, Moskvada ancaq xanımlar qalacaq”

“Belə getsə, Moskvada ancaq xanımlar qalacaq”

Müğənni Nigar Camal azərbaycanlı bloger Hüseyn Həsənovun Rusiyadan qaçması ilə bağlı yayılan xəbərlərə reaksiya verib.

OLAY yazır ki, bu barədə Nigar feysbukda paylaşım edib.

“Belə getsə, Moskvada sadəcə xanımlar qalacaq”, - deyə, sənətçi qeyd edib.

İfaçı, həmçinin, “quyruğu sıxışan kimi Azərbaycana qayıdır, hansı ki, müharibə zamanı heç bir dəstək göstərməyib” şərhinə də “sizinlə eyni fikirdəyəm”, - deyə, əlavə edib.

Xatırladaq ki, bu gün Hüseynin Rusiyada qismən səfərbərlik elan olunmasının ardından Azərbaycana qaçdığı ilə bağlı xəbərlər yayılıb. Daha sonra bloger instaqramda paylaşım edərək işləri ilə bağlı ölkə xaricinə çıxdığını, lakin tezliklə Rusiyaya geri dönəcəyini bildirib.