Olay
Olay

“İki həftə ona həsrət qaldıq”

“İki həftə ona həsrət qaldıq”

Müğənni Elnarə Xəlilova hərbçi həyat yoldaşı Rövşən Cahangirovdan danışıb.

OLAY yazır ki, “Səhər mərkəzi” verilişində qonaq olan sənətçi Ermənistanın Azərbaycana sonuncu hücumu zamanı həyat yoldaşının sərhəddə olduğunu bildirib:

“Rövşən 15 sentyabrda Ərtuğrulu (Red:oğlu) birinci sinifə yola salmaq istəyirdi. Məlum səbəblərə görə, Bakıda deyildi. Sərhəddə idi. Öz öhdəsinə düşəni edirdi. Biz ona 2 həftə həsrət qaldıq. Hər gün ürəyimiz onunla idi. Hər kəs necə qardaşının, atasının, nişanlısının, həyat yoldaşının yolunu gözləyirdi. Biz də ailə başçımızı gözləyirdik. Yaxşı ki, tələbələrim və övladlarım var. Onlar mənim başımı qatırlar. Hazırda gəlib, evdədir”.

Qeyd edək ki, Elnarə Dövlət Sərhəd Xidmətində kapitan rütbəsini daşıyır. Onun həyat yoldaşı Rövşən Cahangirov isə mayorudur.