Olay
Olay

Çöl donuzlarının hücumuna məruz qalmasından danışdı

Çöl donuzlarının hücumuna məruz qalmasından danışdı

Dünyaca məşhur müğənni Şakira çöl donuzlarının hücumuna məruz qalmasından danışıb.

OLAY yazır ki, sənətçi o dəhşətli anları bir müsahibəsində xatırlayıb. O, deyib ki oğlu ilə birgə parkda gəzdikləri zaman həmin olay yaşanıb:

“Oğluma dondurma almışdım. Parkda skamyalardan birində oturduq. Birdən arxadan iki çöl donuzu gəlib bizi mühasirəyə aldı. Onlardan biri çantamı əlimdən qapdı. Mən də “Aman Tanrım” deyirdim. Qışqırırdım. Çünki çantamı aparırdılar və telefonum, maşının açarları, hər şey onun içində idi. Sanki məni başa düşəcəklərmiş kimi onlara səslənirdim. İnsanlar isə sadəcə baxırdılar, heç nə etmirdilər. Oğlum üçün sendiviç hazırlamışdım, çantanın içində idi. Fikrimcə, onlar bu üzdən gəldilər. Sonra sendiviçi alıb uzaqlaşdılar, çantamı atdılar. Çox qorxunc idi”.