Olay
Olay

TikTok-un yeni platforması - “TikTok Now”

TikTok-un yeni platforması - “TikTok Now”

Son zamanların ən məşhur sosial media platformalarından biri olan TikTok keçən həftə yeni funksiyasını təqdim edib.

OLAY yazır ki, “TikTok Now” adlanan bu xüsusiyyətin ən diqqətçəkən tərəfi onun getdikcə populyarlaşan ani foto və video paylaşma platforması “BeReal”la oxşar olmasıdır.

“TikTok Now”u hazırda bütün dünyada fərqli bir tətbiq olaraq istifadəyə verilib. Bildirilir ki, ölkəmizdə yüklənə bilən tətbiq, əsasən iOS olmaqla, bir çox ölkədə həm Android, həm də iOS istifadəçiləri üçün yayımlanır.

Bəs, “TikTok Now” nədir və ondan necə istifadə olunur?

Proqram hər gün təsadüfi bildirişlər göndərərək istifadəçilərdən həm arxa, həm də ön kameradan çəkilmiş ani foto və ya videoları paylaşmalarını xahiş edir.

Beləliklə, istifadəçilər həm fotolarını dostları ilə paylaşa, həm də dostlarının həmin an nə etdiklərini görə öyrənə bilirlər. “Kəşf et” bölməsi ilə başqalarının praktikada etdiklərinə çatmaq mümkündür.