Olay
Olay

Rozadan Elzaya ismarıc - “Başına dərd açma”

Rozadan Elzaya ismarıc - “Başına dərd açma”

Əməkdar artist Elza Seyidcahan və müğənni-aparıcı Roza Zərgərli arasındakı qalmaqal yenidən alovlanıb. 

OLAY yazır ki, Roza aparıcısı olduğu “Tam vaxtıdır” verilişində həmkarına səslənib. İfaçı Elzanın onu məclislərin birində görməzlikdən gəldiyini deyib:

“Müğənni Elnur Məmmədov verilişimdə qonaq olanda Elza Seyidcahana buradan jest etdim, xoş sözlər söylədim. Fikirləşdim ki, aramızdakı qalmaqal bitsin. Proqram yayımlanmamışdı, bir məclisdə qarşılaşdıq. O da gəldi masamızda əyləşdi. Onunla bağlı proqramda danışdığım üçün kinim getmişdi.

O gələndə dedim, “Xoş gördük”. Baxmayaraq ki, mənə qarşı səhv etmişdi. Onu salamlayanda baxdı başını yellədi. Düşündüm ki, qaranlıqdı, saçım uzanıb məni tanımadı. Bir daha dedim ki, ay qız, xoş gördük. Yenə cavab vermədi, Vüsal Hacıyevə dedi ki, bu kimdi, tanımıram. Sən başıma dərd açırsan, qızım. Allahın gətirdi ki, qardaşımın məclisindəydik. Keçən dəfə dediyim sözlər azlıq edib”.