Olay
Olay

Timatidən Rusiyadan qaçdığı iddialarına cavab 

Timatidən Rusiyadan qaçdığı iddialarına cavab 

Məşhur reper Timati qismən səfərbərlik xəbərlərindən sonra Rusiyanı tərk etməsi ilə bağlı yayılan iddialara cavab verib.

OLAY yazır ki, bu barədə reper instaqramda məlumat paylaşıb.

“Mən Moskvadayam. Heç yerə köçmək fikrim yoxdur, yerim buradır. Səfərbərliklə bağlı hələ çağırış vərəqəsi almamışam, amma bu, o demək deyil ki, çağırılmayacam. Panikaya düşmürəm. Bu vəziyyəti özüm üçün qəbul etdim və bununla yaşayıram.

Nə qədər ki, vaxt var, ölkə daxilində bütün mümkün layihələrlə məşğul olacaq və sənətimi inkişaf etdirəcəyəm. Səfərbərliyə gəlincə, məni səngərdə görmək arzusunda olduqları barədə çoxlu şərhlər alıram, çünki mən belə vətənpərvərəm. Gec-tez burada yaşayan, inkişaf edən, hər kəs Vətənə olan borcunu qaytarmalı olacaq. Əgər mənim mühasibatlıq ixtisasım lazımdırsa, mən hazıram”, - deyə, sənətçi qeyd edib.

Xatırladaq ki, aparıcı Kseniya Sobsak Timatininin səfərbərlik elan olunduqdan sonra Özbəkistana getdiyini iddia edərək onu tənqid etmişdi.