Erməni sosial şəbəkə istifadəçiləri bu dəfə italiyan müğənni LP-nin (Laura Perqolizzi) səhifəsinə hücum ediblər.
OLAY yazır ki, onlar 30 sentyabrda Bakıda konsert verməyə hazırlaşan müğənniyə əngəl olmağa çalışıblar.
Azərbaycan əleyhinə ifadələr yazan erməni istifadəçilər ondan mesaj bölümünə baxmağı istəyiblər, həmçinin, şərhlərdə ölkəmiz haqda dezinformasiya yaymağa davam ediblər.
Qeyd edək ki, LP-nin konserti 30 sentyabrda Bakı Konqress Mərkəzində baş tutacaq.