Olay
Olay

“Lost on you”nun ifaçısı Bakıya gəlir!

“Lost on you”nun ifaçısı Bakıya gəlir!

Dünyaca məşhur ifaçı Laura Perqolizzi ( LP ) ilk dəfə Azərbaycana gəlir.

OLAY yazır ki, sənətçi 30 sentyabrda Bakıda konsert verəcək.

Tanınmış amerikalı müğənni-bəstəkar 2021-ci ilin sonunda işıq üzü görən “Churches” adlı son albomundan yeni mahnıları nümayiş etdirəcək.

Müğənni Bakı Konqres Mərkəzində baş tutacaq gecədə “Lost on you” başda olmaqla, sevilən hitlərini səsləndirəcək.

Qeyd edək ki, ulduz yaradıcılığından başqa, Çer, Rihanna, De Bəkstreet Boys, Selin Dion, Kristina Aqilera və başqaları üçün mahnılar yazıb.