Rihanna illər sonra susqunluğunu pozacaq.
OLAY yazır ki, günlərdir musiqi studiyasına gedərkən görüntülənən müğənni səhnəyə qayıdır.
Məlum olub ki, Riri budəfəki “Super Bowl”da səhnəyə çıxacaq.
Bu barədə o, sosial media hesabında paylaşım edib. Əlində Amerikan futbolunun topunu tutduğu fotonu izləyiciləri ilə bölüşən ifaçı heç bir şərh yazmasa da, media artıq bu barədə məlumat yayıb.
Castin Biber də Rihannaya şərh yazaraq “Kraliça qayıtdı!” şərhini yazıb.
Qeyd edək ki, tədbir 12 fevral 2023-cü ildə baş tutacaq.