Olay
Olay

Emraha rədd etdiyi oğlundan dəstək

Emraha rədd etdiyi oğlundan dəstək

TikTok hesabı açan türk müğənnisi Emrah yeni mahnısını da ilk dəfə orada paylaşıb.

OLAY yazır ki, ifaçıya ilk dəstək verən isə övladlıqdan rədd etdiyi oğlu Tayfun Erdoğan olub.

“Hər nə olursa olsun, uğurlarının davamını diləyirəm. Mən yenə səninlə qürur duymağa davam edəcəm”, - deyə, Tayfun şərh bölümündə atasına yazıb.

Qeyd edək ki, Tayfun Emrahın fanatı ilə bir gecəlik münasibətindən dünyaya gəldiyi üçün müğənni illərdir onu oğlu kimi qəbul etmir.