Aktrisa Xuraman Əlizadə İnstaqramda canlı yayım zamanı ona həyat yoldaşı ilə bağlı mənfi şərh yazanlara hiddətlənib.
OLAY yazır ki, qəzəbini gizlədə bilməyən sənətçi göz yaşları içərisində danışıb. O nikah şəhadətnaməsini göstərərək bunları söyləyib:
“Başqasının əri deyil ki, onu pulla yanımda saxlayım, Mənim nə pulum var ki? Həyat yoldaşım su şirkətinin rəhbəridir. Koronavirusa yoluxanda başımın üstündə o dayandı. Məni istəməyən insan xəstə ikən yanımda qalmazdı. Qarğışı sevən insan deyiləm. Lakin burada pis şərh yazanlar, Allah bəlanızı versin”.