Yunanıstanın 2012-ci il “Avroviziya” təmsilçisi Eleftheria Eleftherinin Bakıya və Şuşaya gəlməsi müzakirələrə səbəb olub.
OLAY-ın məlumatına görə, yarışmanın fanatları sosial şəbəkələrdə onu tənqid ediblər. Onlar bildiriblər ki, Eleftherianın təbliğat məqsədilə Azərbaycana gəlməsi yolverilməzdir.
Müğənni isə yazılanlara əhəmiyyət verməyərək Bakıdan paylaşımlar etməyə davam edib.