Olay
Olay

Murad Gülbahara qarşı

Murad Gülbahara qarşı

Əməkdar artist Gülbahar Şükürlünün “bizim mentalitetdə boşanma olmamalıdır” sözləri müzakirə yaradıb.

OLAY yazır ki, müğənni və aparıcı Murad Arif də məsələyə münasibət bildirib. O, sənətçinin fikirlərinə bu şərhi yazıb:

“Uğursuz nikahların travması boşanma travmasından daha böyükdür. Aqressiv mühit cəmiyyətə sağlam şəxsiyyət yetirə bilməz”.

Qeyd edək ki, G.Şükürlü “Elgizlə izlə” verilişində “Boşanma bizim mentalitetdə olmamalıdır. Axı uşaqlar psixoloji travma alır. Siz boşandığınız üçün, övladınızın da adına ləkə gəlir” sözlərini işlətmişdi.