Əməkdar artist Gülbahar Şükürlünün boşanma halları ilə bağlı açıqlaması sosial şəbəkələrdə müzakirə doğurub.
OLAY yazır ki, qarmon ifaçısı bu barədə “Elgizlə izlə” proqramında qonaq olarkən danışıb. O bildirib ki, boşanmaq bizim adət-ənənələrimizə ziddir:
“Əvvəllər deyirdilər ki, qızın evdən yalnız meyidi çıxmalıdır. Bu fikirlə çoxları razılaşmırdı, bəzi qızlar pisləyirdi. Hər bir valideyn istəyir ki, övladının xoş gününü görsün. Ümumiyyətlə, boşanma bizim mentalitetdə olmamalıdır. Axı uşaqlar psixoloji travma alır. Siz boşandığınız üçün, övladınızın da adına ləkə gəlir”.