Olay
Olay

“İnsan utanmadan necə danışar?” – Gəlinindən Mətanətə cavab

“İnsan utanmadan necə danışar?” – Gəlinindən Mətanətə cavab

“Bu gün mən o qədər məyus oldum ki, insan utanmadan necə yalan danışar, şər böhtan atar?”.

OLAY yazır ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərlinin gəlini Canana deyib.

O bu gün “Günün sədası” proqramında onun ünvanına ittihamlar səsləndirən qayınanası M.İsgəndərliyə cavab verib:

“Balalarımı götürmüsən, uşaqlarıma psixoloji travma yaşadırsan, evdə köməkçinin ümidinə qoyub gedirsən, adamın, pulun var deyə zərbələr vurursan. Nə istəyirsən et, indiyə kimi etmisən onsuz da, bil ki, Allah böyükdür. Məni təhqir edirsən, yalanlar danışırsan ki, 10 il sizdə qalmışam. Sən Allahdan qorxmursan?”.

Qeyd edək ki, Canananın müğənninin oğlu Kərimlə evliliyindən üç övladı var. O, mətbuata açıqlamasında M.İsgəndərlini ailəsini dağıtmaqda günahlandırıb. Canana hətta Kərimin övladlarına şiddət göstərdiyini iddia edib. Sənətçi isə bu gün Nanə Ağamalıyevanın proqramında olanların günahını gəlinində gördüyünü bildirib.