Olay
Olay

“Məndən ayrılan kimi evləndi”

“Məndən ayrılan kimi evləndi”

Xalq artisti Naspəri Dostəliyeva “Göz yaşımı görməyəcəksən” mahnısının tarixçəsindən bəhs edib.

OLAY yazır ki, bu barədə o, “Özəl” proqramında qonaq olarkən danışıb.

Sənətçi deyib ki, bu mahnını həyat yoldaşından boşandığı ərəfədə oxuyub:

“Həm sevincli, həm kədərli anlarım olub. Övladlarımı götürüb evdən çıxandan sonra həyat yoldaşım evləndi. 10 illik ailə həyatımız var idi. İki övladımın atası olub, tez evləndi, mənim isə ağlımdan yenidən ailə qurmaq  keçmirdi. İki oğul böyüdürdüm, yalnız onları düşünürdüm. Nüsrət müəllim (Mərhum şair Nüsrət Kəsəmənli) görürdü, hiss edirdi. Nə qədər gizlətsəm də, 10 illik ailə həyatıma görə göz yaşım var.  Onda deyirdi ki, gizlət, göz yaşını görməsin”.