Sosial şəbəkələrdə “Selinin anası” deyə tanınan influenser Səbinə Zeynalzadə həyat yoldaşı tərəfindən 5 ildir xəyanətə məruz qaldığını iddia edib.
OLAY-ın məlumatına görə, o, əri Sami Saməddinzadənin sevgilisi tərəfindən şiddətə məruz qaldığını da yazıb. Yara izlərinin və barmaqlarının zədə gördüyü görüntüləri paylaşan bloger Daxili İşlər Nazirliyinə müraciət edib.
S.Zeynalzadə həyat yoldaşı Saminin ona “Lokomotiv Biləcəri” voleybol komandasının oyunçusu Lalə Bağıyeva ilə xəyanət etdiyini, bu anlara şahid olandan sonra isə qadın tərəfindən döyüldüyünü bildirib:
“Bizim Voleybol Federasiyası məncə zirzəmidə gizlənməyi, evli kişilərlə gəzməyi öyrətmir. Evimə girib, zirzəmidə gizlənib, azyaşlı uşağımın yanında 100 hoqqa çıxarıb, hələ məni də səhv çıxarırlar. Üstümə hücum etdi və bütün bunlar azyaşlı qızım gözünün qarşısında olub. Əlimdə “gözəl” videolarım, şəkillərim var. Allahdan başqa heç kimdən qorxmuram. Özümə də güvənirəm.
Mən kişinin və kişilərin tərəfini saxlamıram. Ailə dağıtmaq çox çətindir. Övladım hər ikimizə bağlıdır və bilmirəm nə edəm, keçirəm. Bunu qürursuzluq adlandırmayın, uşaq adamın boğazına dayanır. Mən Saminin tərəfini saxlamıram, ancaq tanıyan bilir necə əxlaqsız qadınlar var. Onun Samiyə yazdıqları telefonumda var. Yazırdı ki, həmişə sənə aid olacağam. Nə olsun evlisən? Arada görüşək, səni sevirəm. Belələrinə imkan verməyin ailənizi dağıtsın! Çox mücadilə etdim, yazırsınız ki, qürursuzsan. Rəsmi nikahım da, kəbinim də var, uşağımın atasıdır. Amma o?
Bu günə kimi ayrıla bilərdim, amma keçirdim, düşünürdüm ki, ar edərlər. Gördüm ki, əksinə, arsızlaşırlar. Bundan sonra Səbinə Sami üçün öldü. Bununla da bitdi. Yanımda olan, olmayan hər kəs sağ olsun!”.
DİN sosial şəbəkələrdəki paylaşımlardan sonra S.Zeynalzadənin şikayətini nəzarətə götürüb. Daha sonra Səbinə Lalə Bağıyeva tərəfindən polisə verildiyini yazıb.