Merilin Monrodan bəhs edən “Blonde” filminin baş rolu Ana De Armas “Variety” nəşri üçün kamera önünə keçib.
OLAY yazır ki, aktrisa filmlə bağlı diqqətçəkən açıqlamalar verib.
Ana filmin ilk çəkiliş günü komanda ilə birlikdə böyük bir kağıza qeyd yazıb daha sonra Monronun məzarını ziyarət etdiklərini bildirib. Onlar həmin kağızı məzarlıqda qoyaraq Merilindən filmi çəkmək üçün icazə istəyiblər.
Xatırladaq ki, Armas əvvəlki müsahibəsində çəkiliş zamanı M.Monronun ruhunun onunla olduğunu demişdi.