Dünən Venesiyada Merilin Monrodan bəhs edən “Blonde” filminin çoxdan gözlənilən premyerası baş tutub.
OLAY yazır ki, əfsanəvi aktrisanın tərcümeyi-halını Ana de Armas təqdim edib.
O, qırmızı xalçaya “Monronun The Seven Year Itch” filmindəki simvolik görünüşündən ilhamlanan “Louis Vuitton” paltarı ilə çıxıb.
Bükməli paltar Merilinin demək olar ki, eyni paltarına hörmətdir.
Çəhrayı rəng isə “Cənablar sarışınlara üstünlük verir” filmindəki paltarına işarədir.