Olay
Olay

“Rusiyada heç kim Puqaçovaya toxunmayacaq”

“Rusiyada heç kim Puqaçovaya toxunmayacaq”

Musiqi tənqidçisi Sergey Sosedov Rusiyanın Xalq artisti Alla Puqaçovanın ünvanına ağır ittihamlar səsləndirib.

OLAY yazır ki, bu barədə o, “Teleprogramma.pro”ya müsahibəsində danışıb.

O bildirib ki, İosif Kobzon və Lyudmila Zykina rus mədəniyyətinə müğənni Alla Puqaçovadan qat-qat böyük töhfə verib:

“Kobzon və Zykinanın töhfəsi ölçüyəgəlməz dərəcədə böyük idi. Mən Lidiya Ruslanovanı demirəm. Ümumiyyətlə parlaq müğənni idi. Alla Puqaçova isə bu sırada deyil”, - Sosedov bildirib.

Sosedov deyib ki, onun açıqlamalarına baxmayaraq, Rusiyada heç kim Puqaçovaya toxunmayacaq.