Olay
Olay

Özünü “Məsih” zənn edir

Özünü “Məsih” zənn edir

Son zamanlar cinsi istismar və bir qadına hücum etməkdə günahlandırılan amerikan aktyor Ezra Miller haqda yeni iddialar ortaya atılıb.

OLAY yazır ki, “Fantastik canavarlar” serialının ulduzunun əqli sağlamlığını itirməsi səbəbilə müalicəyə başladığı bildirilir.

“Vanity Fair” dərgisi aktyorun özünü “Məsih” zənn etdiyini yazıb.

Valideynlərinin 2019-cu ildə boşanması ilə sağlamlığının pisləşdiyi bildirilən aktyorun yaxın dostları da bu iddianı təsdiqləyib.

Mənbələr bildirir ki, Ezra getdikcə narsistləşib və özünə gənclərdən ibarət bir qrup insan tapıb. “Məsih olduqlarını və nələr edəcəklərindən danışırdı”, - deyən mənbələr aktyorun İslandiyada davamlı olaraq partilərə qatıldığını, dayanmadan içki məclislərinə 2-3 ay getdiyini bildirib.

Bildirilib ki, aktyor və onun dəstəsi hansısa inqilaba rəhbərlik edəcəklər. O da məlumdur ki, bu qrupun Vermontdakı evində bir növ qurbangah var idi və qadınlar nəsə təklif etməyə gəlirdilər.

Qeyd edək ki, Miller bu yaxınlarda oğurluğu ilə gündəmə gəlmişdi. Aktyor Vermontdakı evlərdən birindən içki oğurlayıb.

Qeydləri araşdıran polis məmurları Milleri ağır oğurluqda ittiham etmək üçün kifayət qədər dəlil tapıblar. Üç aydan çox axtarışda olan Miller avqustun 7-də tutulub. 29 yaşlı gənc sentyabrın 26-da Vermont Ali Məhkəməsində mühakimə olunacaq.

Miller ona qarşı zorakılıq iddialarına əlavə olaraq, üç uşağı ilə bir qadını təhlükəli bir mühitdə saxlamaqda, həmçinin bir qadını boğmaqda günahlandırılır.

2020-ci ildə İslandiyanın paytaxtı Reykyavikdə baş verən hücumun qurbanı olan qadın döyüşmək üçün zarafat etdiklərini bildirib və birdən Millerin üzərinə atılaraq onu boğmağa çalışdığını söyləyib.

Onu da bildirək ki, Ezranın özünü bənzətdiyi, dünyada ən çox kimliyi mübahisə doğuran tək şəxs İsa Məsihdir. Xristianlar üçün onun tam şəxsiyyəti müqəddəs “İncil”də ətraflı şəkildə açıqlanır.