Olay
Olay

“Birinci kim edib?” davası...

“Birinci kim edib?” davası...

Nagehan Abdullayevanın yeni paylaşımı influenserlər arasında qalmaqala səbəb olub.

OLAY yazır ki, Aysel Şəfizadənin (iceshafi) studiyada çəkdiyi videonu sosial media hesabında paylaşan Nagehan ilk dəfədir belə bir çəkiliş etdiyini yazıb. Paylaşımdan sonra soyuq münasibətdə olduğu Leyla Muradlıdan (Leila Land) reaksiya gəlib.

O, sözügedən obrazı nəzərdə tutaraq İnstaqram “Story”də bunları yazıb:

“Adımı da yazın  səhifənizə, tam olsun. Saçımı da kəsdim, heç olmasa, bir həftə gözləyərdiniz. Həqiqətən, nəsə etməyə peşmanam, gülməlisi də az qala yarım il öncə etdiyimi, ilk dəfə edirmiş kimi yazmaqlarıdır. Ona ayrı güldüm. Arada öz fikriniz də olsun!”.

Nagehandan isə Leylaya cavab gecikməyib. O, “Story” bölümündə 2021-ci ilin fevralına aid görüntünü paylaşaraq Muradlıdan daha öncə bu obrazda olduğunu bildirib. İnfluenser “Arada keçmişi yad edək” paylaşımına qapaq fotoları da əlavə edib. Abdullayeva sonrakı “story”sinə isə “Reklam ödənişlidir” şərhini yazıb.