Olay
Olay

Anarın nömrəsini yaydılar

Anarın nömrəsini yaydılar

Stilist-vizajist Anar Ağakişiyev sosial şəbəkədə paylaşdığı video ilə diqqət çəkib.

OLAY yazır ki, hazırda Türkiyədə olan Anar Bakıdan müxtəlif şirkətlərdən ona zənglər edildiyini qeyd edib.

Zənglərdən təngə gələn stilist nömrəsini yayanlara üzünü tutaraq sərt reaksiyasını bildirib.

“Artıq dərəcədə xahiş edirəm, nömrəmi yaymayın… Azərbaycanda şirkət qalmayıb. Mənə gah tozsoran, gah xalça yuma şirkətlərindən zəng edirlər. Özü də qəsdən mən xaricdə olanda, telefonumda rominq aktiv olanda zəng edirlər. Xahiş edirəm, zəng etməyin və məni öz siyahınızdan silin”, - deyə, A.Ağakişiyev vurğulayıb.