Olay
Olay

Kraliça dəfn olundu - Yenilənib

Kraliça dəfn olundu - Yenilənib

Ötən həftə dünyasını dəyişən Böyük Britaniyanın ən uzun müddət hakimiyyətdə olan Kraliçası II Elizabetin vida mərasimi başlayıb. 

OLAY yazır ki, 96 yaşında vəfat edən Kraliça üçün Vestminster Katedralində təşkil olunan tədbirə bir çox dünya liderləri, eləcə də kral ailəsinin üzvləri qatılıb.

II Elizabetin nəşi əri Şahzadə Filipin yanında dəfn olunacaq.

***

Kraliça II Elizabetin cəsədi olan tabut Vindzor qəsrinin ərazisində yerləşən Müqəddəs Georgi kapellasındakı kral məzarına endirilib.

OLAY yazır ki, II Elizabetin dəfn mərasimi ilə bağlı keçirilən kütləvi tədbir Böyük Britaniya himninin oxunması ilə başa çatıb.

Daha sonra Kral III Çarlz və kral ailəsinin üzvləri ibadətgahı tərk edərək Vindzor qəsrinə yollanıblar.

Axşam saatlarında Müqəddəs Georgi kapellasında yalnız hakim ailə nümayəndələrinin iştirakı ilə özəl mərasim keçiriləcək.