Olay
Olay

Artıq Avropanın ən güclü Kraliçası odur

Artıq Avropanın ən güclü Kraliçası odur

Ötən həftə 96 yaşında dünyasını dəyişən Kraliça ll Elizabet taxt-tacı oğlu Çarlza həvalə edib.

OLAY yazır ki, 70 il taxtda qalan və ən güclü monarx kimi tarixə düşən Elizabetin ölümündən sonra Avropanın ən güclü kraliçasının kim olduğu müzakirə yaradıb.

Britaniya kral ailəsi ən məşhuru olsa da, dünyanın bir çox ölkəsində monarxiya sistemi hələ də davam edir. 

Elizabetdən sonra Avropanın ən güclü adı da məlum olub: Danimarka Kraliçası ll Marqaret

Marqaret 1972-ci ildə atası lV Frederik öldükdən sonra taxta çıxıb. Danimarka Silahlı Qüvvələrinin də baş komandanı olan Marqaret Kraliça Elizabetin ölümü ilə bağlı 50-ci il dönümü şərəfinə keçiriləcək bayram tədbirlərinə məhdudiyyət qoyub.

Marqaret həm də Danimarkanın ilk kraliçasıdır. O anadan olanda Danimarkada qadının taxt-taca varis olması qadağan edilmişdi. Ancaq 1953-cü ildə keçirilən referendumla Marqaret üçün taxta yol açıldı. Kraliçanın şüarı isə belədir: “Tanrının köməyi, xalqın sevgisi ilə, Danimarka gücü”

Marqaret vəzifəyə gəldiyi vaxt monarxiyaya dəstəyi 45 faiz olduğu halda, 50-ci ildə bu rəqəm 80 faizə yüksəlib.

Kraliça Elizabetin ölümündən sonra ən uzun müddət taxtda qalan ad Marqaret, ikinci yerdə isə 48 ildir taxtda olan Marqaretin əmisi oğlu İsveçli Karl 16-cı Qusraf olub.