Bir neçə gün öncə aktyor Maksim Qalkinin adı Rusiyada xarici agentlər siyahısına daxil edilib.
OLAY yazır ki, aktyorun həyat yoldaşı, SSRİ Xalq artisti Alla Puqaçova sosial şəbəkə paylaşımı ilə məsələyə reaksiya verib.
Alla instaqramda Rusiya Ədliyyə Nazirliyinə müraciət ünvanlayıb.
“Sizdən xahiş edirəm ki, məni sevimli ölkəmin xarici agentləri sırasına daxil edəsiniz. Belə ki, mən namuslu, ləyaqətli və səmimi insan, Vətənə firavanlıq, dinc həyat və söz azadlığı, ölkəmizin təklənməsinə və insanlarımızın həyatının ağırlaşmasına gətirib çıxaran xəyali hədəflər uğrunda övladlarımızın ölməsinə son qoyulmasını arzulayan, Rusiyanın əsl və sarsılmaz vətənpərvəri olan həyat yoldaşımla həmrəyəm”, - deyə, Puqaçova vurğulayıb.
Qeyd edək ki, Qalkinin Ukraynadan pul alaraq, siyasi fəaliyyətlə məşğul olduğu iddia edilir.