Olay
Olay

Onu təhqir edən həmkarı barədə danışdı

Onu təhqir edən həmkarı barədə danışdı

Aktrisa Nilperi Şahinkaya içkili halda onu təhqir edən həmkarı Burak Denizlə bağlı açıqlama verib.

OLAY yazır ki, sevgilisi Emre Yusufi ilə birgə jurnalistlərin suallarını cavablandıran Nilperi artıq məsələ ilə bağlı məhkəmə proseslərinin başladığını bildirib.

“Hüquqi proseslə bağlı yalnız vəkillərimizdən öyrənə bilərsiniz. Bu barədə heç bir çıxış etməyəcəm”, - deyə aktrisa vurğulayıb.

Xatırladaq ki, hadisə Adanada oteldə baş verib. Belə ki, içkili olan Burak masada sevgilisi ilə əyləşən Şahinkayanı narahat edib. Bundan sonra cütlük məkanı tərk etmək istəyib. Bu zaman B. Deniz Nilperini təhqir edib. Aktrisanın sevgilisi buna görə Denizə hücum edib. Davanı ətrafdakılar ayırıb.