Avroviziya təmsilçimiz Samirə Əfəndinin ölkəmizdə son günlər baş verənlərlə bağlı paylaşımı müzakirə yaradıb.
OLAY yazır ki, sənətçi bununla bağlı fikirlərini instaqramın hekayə bölümündə ingiliscə izah edib.
“Əziz dostlar, son vəziyyətlə bağlı sizə müraciət etmək istəyirəm.
Mən müharibəyə və təcavüzə qarşıyam. Hansısa ölkədə olmağım, onun siyasətini dəstəklədiyim anlamına gəlmir. Musiqini silaha, eyni zamanda siyasətin qurbanına çevirməyək. Biz indi çətin bir dövrdə yaşayırıq. Aqressiya deyil sevgi yayın”, - deyə, Samirə bildirib.
O, bir neçə dəqiqə sonra yenidən paylaşım edərək “Mən ölkəmi həmişə dəstəkləmişəm və dəstəkləyəcəyəm. Allah şəhidlərimizə rəhmət etsin” sözlərini yazıb.
Qeyd edək ki, Ermənistanın Azərbaycana təxribatı nəticəsində 77 hərbçimiz şəhid olub.