Olay
Olay

Kardi Biyə cəza verildi

Kardi Biyə cəza verildi

Dünyaca məşhur reper Kardi Binin “Queens” striptiz klubuna görə başlayan məhkəmə prosesi 4 il sonra nəticələnib.

OLAY yazır ki, reper 2018-ci ildə sözügedən klubda iki bacının döyülməsində 3-cü dərəcəli hücum və 2-ci dərəcəli həyatı təhlükəyə atma əməllərini boynuna alıb.

Müğənniyə 15 günlük ictimai işlər cəzası verilib, iddianamədəki digər 12 maddə isə rədd edilib.

Kardi Bi məsələ ilə bağlı açıqlamasında bunları söyləyib:

“Böyüməyin və yetkinləşməyin bir hissəsi etdiyiniz hərəkətləriniz üçün məsuliyyət götürməkdir. Övladlarıma öyrətməyə çalışdığım şey budur, amma nümunə məndən başlayır. Keçmişimdə artıq üzləşməkdən və sahib olmaqdan qorxmadığım bəzi pis qərarlar vermişəm.

Onlar artıq mənim kim olduğumu əks etdirmirlər. Bütün bunları ailəm və dostlarımla geridə qoyub sevdiyim şeylərə, pərəstişkarlarıma və musiqimə qayıtmağı səbirsizliklə gözləyirəm”.

Qeyd edək ki, Kardinin qızları döydürmə səbəbi kimi isə sözügedən bacıların həyat yoldaşı Ofsetlə seksual münasibətlərdə olması göstərilir.