Olay
Olay

Bəyimxanım həyat yoldaşı və əkizləri ilə

Bəyimxanım həyat yoldaşı və əkizləri ilə

Əməkdar artist Bəyimxanım Vəliyevanın əkizləri birinci sinifə qədəm qoyub.

OLAY yazır ki, sənətçi bu barədə sosial media hesabında paylaşım edib. O, həyat yoldaşı və əkizləri ilə məktəbdən fotoları bölüşüb:

“Evimdə böyütdüyüm 2 əsgər balam 1-ci sinifə qədəm qoydular. Bir gözüm ağlar, bir gözüm gülər bu gün onları məktəbə yola saldıq. Təbii ki, hər il olduğu kimi deyil, bu il fərqli oldu. Nə bir bayram, nə bir şənlik, nə bir gül, nə bir əyləncə. Axı bu il birincilər məhz şəhidlərimizə olan borclarını yerinə yetirirdilər.... Axı onlar da gələcəyin bir əsgəri olaraq şəhidlərimizə ehtiramla yanaşmalıdırlar... Axı onların da qanında vətənpərvərlik, məğrurluq, qisas, qeyrət qanı axır....

Allah Şəhidlərimizə rəhmət eləsin, 1-ci sinifə qədəm qoyan balaların isə yolunu daim açıq eləsin. Bir daha ölkəmizdə belə bilik günü olmasın. Bir daha şəhidlərimizin sayının yanına say yazılmasın inşallah. İgid əsgər, möhkəm dayan! Vətən sağolsun!”.

Qeyd edək ki, sənətçinin 5 övladı var.