Olay
Olay

Məşhur meyxanaçılar qəzaya düşdü- FOTO

Məşhur meyxanaçılar qəzaya düşdü- FOTO

Tanınmış meyxanaçılar Balaəli Mastağalı və Ruslan Müşfiqabadlı qəza keçirib. 

OLAY yazır ki, bu barədə “Tarixin bir günü” proqramında məlumat verilib.  Qeyd olunub ki, hadisə Bakının Xəzər rayonu ərazisində baş verib.

Sükan arxasında olan Balaəli idarəetməni itirərək Zabratdakı körpüdən aşıb. 

Onların ciddi xəsarət almadıqları vurğulanıb.