Ukraynalı müğənni Maks Barskix Ermənistana dəstək olandan sonra Bakı konserti ləğv edilmişdi.
İfaçı İnstaqramda paylaşım edərək konserti özünün ləğv etdiyini bildirib.
OLAY məsələ ilə bağlı konsertin təşkilatçısı Elxan Peysakhovla əlaqə saxlayıb. O, açıqlamasında Maksın iddiasını yalanlayıb.
“Maks qələt edir! Gecə elə status yazıb, ondan sonra hansı konsertdən söhbət gedə bilər? Kim onu Bakıya buraxacaq? Qələt edir, Bakıya gəlir. Onun paylaşımından sonra iticket.az da, biz də konserti ləğv etdik. Bu gün səhər saat 9-da bu addımı atdıq”.