Olay
Olay

“Ərinizin telefonuna baxmaqla uşaqları atasız qoyursuz”

“Ərinizin telefonuna baxmaqla uşaqları atasız qoyursuz”

Əməkdar artist Rəhman Rəhmanov “Elgizlə izlə” verilişində qonaq olub.

OLAY yazır ki, sənətçi verilişə şikayətçi qismində qatılan qadını qınaması ilə diqqət çəkib.

Belə ki, proqrama təşrif buyuran Təranə adlı xanım əri tərəfindən aldadıldığını hiss etdikdən sonra onu izləməyə başladığını, telefonunu qarışdırdığını bildirib.

R.Rəhmanov isə qadının sözlərinə belə reaksiya verib:

“Ərin telefonuna baxmaq qadağandır. Nişanlı olsaydınız baxa bilərdiz. Siz bununla ailəni dağıtmış, uşaqları atasız qoymuş olursuz. Qadınların tərəfdarıyam, çünki qadınlar dözümlü olur. Orada elə işlər ola bilər ki, heç sizə dəxli olmaz. Balalarınızın naminə onu etməli deyildiniz”.

Elgiz Əkbər də qadını bu hərəkətindən dolayı qınayıb. Aparıcı Pərvanə Tahirqızı isə “Çox ağıllı qadındır, mən ona haqq qazandırıram”, - deyə, şikayətçiyə dəstək olduğunu bildirib.