Olay
Olay

TikTok Azərbaycanda bərpa olundu - Yenilənib

TikTok Azərbaycanda bərpa olundu - Yenilənib

Dünyaca məşhur TikTok platformasının Azərbaycan seqmentinin fəaliyyətində problem yaranıb.

OLAY yazır ki, bu barədə digər plaformalarda istifadəçilər məlumat verib.

Qeyd olunub ki, təkcə sözügedən şəbəkə yox, Teleqram və Votsapın da fəaliyyətində ləngimələr mövcuddur.  

Məsələ ilə bağlı rəsmi açıqlama verilməyib. 

***

Platformaların fəaliyyətində yaranan problem aradan qaldırılıb. 

***

“Qafqazinfo” yaranmış problemlə əlaqədar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə əlaqə saxlayıb. Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, nazirlik tərəfindən sözügedən şəbəkələrin fəaliyyətinə hər hansı məhdudiyyət tətbiq olunmayıb.