Olay
Olay

ARB-nin məşhur verilişi bağlandı

ARB-nin məşhur verilişi bağlandı

Rusiyanın NTV kanalından lisenziyalı şəkildə alınan “Onun sirri” proqramı yayımlanmayacaq.  

OLAY-ın əldə etdiyi məlumata görə, bu barədə ARB kanalının rəhbərliyi qərar qəbul edib.  

Sözügedən layihə yeni sezondan etibarən efirdə göstərilməyəcək. 

Qeyd edək ki, həmin verilişin aparıcısı Lətafət Ələkbərova ARB ilə yollarını ayırmışdı.