Olay
Olay

Lətafət ARB-dən getdi

Lətafət ARB-dən getdi

ARB TV-də yeni sezona hazırlıqlar gedir.

OLAY-ın əldə etdiyi məlumata görə, kanalın bahalı layihələrindən olan “Onun sirri” verilişinin aparıcısı Lətafət Ələkbərova televiziyadan ayrılıb.

ARB rəhbərliyi hazırda yeni aparıcı axtarışındadır. Kanal bununla bağlı kastinq elan edib.

Qeyd edək ki, televiziya verilişin hüquqlarını Rusiyanın NTV kanalından alıb. “Onun sirri” “Milyonluq Sirr” verilişinin yerli adaptasiyadır.