Olay
Olay

Qısa saçı birinci kim edib? – Parik qalmaqalı

Qısa saçı birinci kim edib? – Parik qalmaqalı

Ötən günlərdə müğənni Səidə Sultanın qısa və qara rəngdə saçlarla efirə çıxması müzakirəyə səbəb olmuşdu.

OLAY yazır ki, buna səbəb Xalq artisti Röya Ayxanın həmin saatlarda sosial şəbəkədə oxşar parikdə fotolar paylaşması idi.

Bu gün MTV-də yayımlanan “10-da görüşək” verilişində yenidən bu mövzu müzakirə edilib. Proqram zamanı aparıcı Samir Bayramlı eyni parikdən Əməkdar artist Lalə Məmmədovanın da taxdığını iddia edib.

Məsələ ilə bağlı OLAY-a açıqlama verən stilist Elnur Həsənov bildirib ki, L. Məmmədovanın yeni saç kəsimi “Bir məktub yaz” mahnısının klipi üçündür:

“İdeya bir il öncə var idi. Lalə xanımın da saçları bu klip üçün dəyişdirilib. Mahnını eşidəndən belə bir stil yaratmışdıq. Əvvəlcə qaynaq edilib, daha sonra kəsilib. Çəkilişlərimiz isə Röya Ayxan və Səidə Sultanın obrazlarını paylaşmamışdan öncə baş tutmuşdu”.

Vurğulanır ki, E.Həsənov Məmmədovanın klipdəki obrazının fotolarını 29 oktyabrda instaqramda paylaşmışdı. 2 noyabrda “Günün sədası” verilişinə oxşar parikdə qonaq olan Səidə Sultandan sonra isə həmin saatlarda Röya Ayxan paylaşım etmişdi. Əksəriyyəti bunun təsadüf olduğunu düşünsə də, onların təkrara yol verdiyini deyənlər də var.

Sosial şəbəkələrdə isə “qısa saçı hansı məşhur birinci edib” mübahisəsi başlamışdı. İzləyicilər arasında bu obrazı ilk dəfə Hiss də gördüklərini iddia edənlər də var.