Ötən gün türk aktyor Berk Oktay və həmkarı aktrisa Yıldız Çağrı Atiksoyun toyları olub.
OLAY yazır ki, Yıldızın illər öncə rol aldığı “Öyle Bir Geçer Zaman Ki” serialındakı aktyor heyəti də toyda cütlüyü yalnız buraxmayıb.
Məclisdə Salih Demirci, Ayça Bingöl, Vilma Elles, Nilperi Şahinkaya, Zeyno Aracar kimi sənətçilər iştirak edərək bəylə gəlinin xoş gününə şahid olublar.
Köhnə günləri yad edən dostlar bol-bol foto çəkdirərək sosial şəbəkədə paylaşıb.
Qeyd edək ki, sözügedən serial 2010-2013-cü illər arası yayımlanıb.