İş xanımı Ruhi Əliyevanın təşəbbüsü ilə alman əsilli, Türkiyənin məşhur aktrisası Vilma Elles Bakıya gəlib.
OLAY yazır ki, aktrisa səfəri zamanı R. Əliyeva ilə birlikdə “Vafa Dermatology & Aesthetic Clinic”də qonaq olub. Klinika ilə yaxından tanış olan Elles baş həkim Vəfa Cəlilovadan dermatoloji və kosmetoloji məsləhətlər alıb.
Daha sonra Vəfa Cəlilova tərəfindən aktrisaya bir neçə kosmetoloji prosedur icra edilib. “Vafa Dermatology & Aesthetic Clinic” ilə tanışlıqdan məmnun qalan Vilma Elles klinikanın kollektivinə təşəkkürünü bildirib.