Tanınmış fotoqraf Zeynal Məmmədlinin haqqında səsləndirilən dələduzluq iddialarına cavab verərkən yazdığı “Qayınana evində yaşayıb qayınata çörəyi yeməmişəm” sözləri müzakirə doğurub.
OLAY yazır ki, fotoqrafın sözügedən açıqlaması İnstaqramın gündəmini zəbt edib və Zeynalın söz atdığı şəxslərin kimliyi danışılıb. İnstaqram istifadəçiləri Məmmədlinin sözlərinin uzun illər dostluq etdiyi, hazırda münasibətləri soyuqlaşan Elmira və Tural Namazovlar cütlüyünə aid olduğunu bildirib.
Düşünülür ki, buna səbəb kimi Zeynalın lotoreya oyununda Elmiranın anasının pulunu qaytarmaması göstərilib.
Qeyd edək ki, Z. Məmmədlinin borcunu ödəmədiyi iddiasını tanınmış bloger Nagehan Abdullayeva irəli sürüb.
Xatırladaq ki, fotoqraf dələduzluq ittihamlarına cavab verərkən “bəzi insanlar kimi “giveaway” adı ilə sponsorlardan yığılan 100 minlərlə pula 7 minlik üstü bəzək, altı təzək və ölüxanada yığılan avtomobilləri kimlərəsə bahalı, lüks maşın adı ilə qazandırmamışam. Halal pulumu qazanan insanam. Öz qohumlarının toyunda mənə ödənilən məbləğdən 300 AZN-ni məndən alan oğlanlar bunu təsdiqləyər ki, haram pul yemirəm. 28 yaşım var, atamın və öz halal çörəyimi yeyən insanam. Qayınana evində yaşayıb qayınata çörəyi yeyən oğlanlardan deyiləm”,- fikirlərini qeyd etmişdi.