Olay
Olay

Hadisedən hamiləlik xəbərlərinə reaksiya

Hadisedən hamiləlik xəbərlərinə reaksiya

Türkiyənin məşhur pop müğənnisi Hadise haqqında çıxan hamiləlik iddialarına cavab verib.

OLAY yazır ki, ifaçı sosial şəbəkə hesabında məlumat paylaşaraq, yayılan xəbərləri təkzib edib.

“Bu qədər özəl bir mövzu haqqında açıqlama vermək məcburiyyətində olduğum üçün çox narahatam. Ancaq davamlı olaraq haqqımda çıxan saxta hamiləlik xəbərləri məni bu açıqlamanı etməyə sövq etdi. Hamilə deyiləm və bunun üçün heç bir müalicə görmürəm”, - deyə müğənni bildirib.

Qeyd edək ki, Hadise iş adamı Mehmet Dinçerlerlə ailəlidir. Onların evliliyinin yolunda getmədiyi də yayılan xəbərlər arasındadır.