Olay
Olay

Səhər yürüşü İlkinə baha başa gəldi

Səhər yürüşü İlkinə baha başa gəldi

Bir neçə müddətdir səhər yürüşləri ilə gündəmə gələn aparıcı İlkin Həsəninin yeriməyində problem yaranıb.

OLAY yazır ki, sənətçi bu barədə özü məlumat verib. O bildirib ki, ayağını zədələyib:

“Çox təəssüf ki, ənəvəvi bulvar salamlaşması ilə sizi salamlaya bilmirəm. Çünki 3-4 gündür ki, sağ ayağımda şiddətli əzələ ağrıları əmələ gəlib. Müxtəlif bərpa mərkəzlərinə müraciət etmişəm. Onlar bildirdilər ki, xamlıq etmişəm. Müəyyən məsələlər var ki, onlara riayət etməmişəm. Hətta gecələr belə ağrıdan yata bilmirəm. Yeriyişimdə belə axsamalar var”.