Olay
Olay

Kara narkotik maddələrin təsiri altında

Kara narkotik maddələrin təsiri altında

Məşhur model Kara Delevin bazar ertəsi Los-Ancelesdəki Van Nuys Hava Limanında görüntülənib.

OLAY yazır ki, şəxsi təyyarəsinə doğru gedən 30 yaşlı sənətçinin özünü idarə edə bilməməsi gözdən yayınmayıb.

Görüntülərdə onun telefonunu düşürdüyü, qəzəbli halda olması və tez-tez müvazinətini itirib, qeyri-müəyyən hərəkətlər etməsi gözə çarpır.

“Daily Mail” modelin bu hərəkətləri zərərli maddələrin təsiri altında etdiyini bildirir. Həmçinin, Karanın ayaqyalın olması, uçuşa iki saat gecikməsi də diqqət çəkib.

Onun bu görüntüləri sosial şəbəkələrdə müzakirə edilib. İzləyicilərin Karanın karyerasına məhv etməsinə üzüldüklərini bildiriblər.