Olay
Olay

“Dedi ki, çox yaşamayacam”

“Dedi ki, çox yaşamayacam”

Aparıcı Lalə Əlimuxtarova mərhum reper Hüseyn Dərya ilə bağlı paylaşım edib.

OLAY yazır ki, o, sənətçinin məzarının fotosunu paylaşıb.

“Qəribədir günlərin bir günü Hüseyn dedi ki, mən çox yaşamayacam. Onsuz da bilmirəm hansı gün, amma bir gün bu həyatda olmayacam. Haradasa 2-3 dəfə yol yoldaşı oldum, hər dəfə eyni sözü deyirdi. Görəsən hiss edirdi? Ya ölümə tələsirdi? Nə isə… Allah sənə rəhmət etsin, sənətkar”, - deyə,Lalə bildirib.