Olay
Olay

Fuaddan Asyanın iddialarına cavab

Fuaddan Asyanın iddialarına cavab

Videoqraf Fuad İsmayılov, keçmiş xanımı, influenser Asya Aslanovanın iddialarına münasibət bildirib.

OLAY yazır ki, bu barədə instaqrarmda paylaşım edib. O, ad çəkmədən Asyanın ünvanına bu sözləri yazıb:

“Bu günə qədər susmuşam və görürəm ki, bir nəfərin ayağı yer alıb. Özün də bilirsən ki, bəzi şeylər var, paylaşsam, gərək ölkədən köçəsən. Ağzımı açdırma. Mənim də bir səbrim var. Elə bil atası evindən səhifə gətirib. Aprelin 24-də hesabın parolunu dəyişdi, məni atdı, indi də “ataman”lıq edir. Səhifənin sayəsində maşın aldı, rəfiqəsinin adına yazdırıb ki, məhkəmədə ondan danışılmasın. Sonra da haqq-ədalətdən və düzgün mülk bölgüsündən danışır. Səhifənin “qaloçka”sını da mən almışam. Ödənişlə. Yalandan yazmışdı ki, sorğu göndərdim, səhəri gəldi. Bu dörd ayda ananla birləşib mənə qarşı etmədiyin şeylər qalmadı. Bir dəfə də olsun cavab vermədim, dedim, qadındır, uşaqlarımın anasıdır. Amma bu dəfə səni məhv edərəm. Etdiklərinin üstünü açaram, insan içinə çıxa bilməzsən”.

Asyanın açıqlamasını buradan oxuya bilərsiniz.