Olay
Olay

“14 yaşımda mənimlə hoteldə görüşmək istəyirdi”

“14 yaşımda mənimlə hoteldə görüşmək istəyirdi”

Türkiyənin qalmaqallı aparıcılarından biri Mehmet Ali Erbillə bağlı müzakirəli iddia irəli sürülüb.

OLAY yazır ki, bu barədə “Kismetse olur” yarışması ilə populyarlaşan Cansel Çördük paylaşım edib.

O, “Mehmet Ali Erbil? Mən 14-15 yaşlarında olanda bir rəfiqəmdən icazəm olmadan nömrəmi alıb, hoteldə görüşməyə çalışmışdı. Belə hallar bu sahədə təəssüf ki, çox yayılıb. Yaxşı ki, yaşımın saflığına düşüb bir səhv etmədim”, - deyə, bildirib.