Aparıcı Turan İbrahimov özəl telekanalları tənqid edib.
OLAY yazır ki, o, TV-lərin instaqram ulduzlarını efirə çıxarmasına irad bildirib:
“Bəzi özəl televiziyalar psixi problemli sosial şəbəkə “fenomenlərini” efirə çıxarmaqla sağ qalmağa çalışacaqlarsa, demək ki, çoxdan ölüblər. Yayım lisenziyaları ləğv edilsə, yaxşıdır. Heç olmasa, ölkənin zəif reklam büdcəsindən digər kanallara daha çox pay düşər”.