Olay
Olay

Allanın Qorbaçov paylaşımına Muraddan reaksiya

Allanın Qorbaçov paylaşımına Muraddan reaksiya

Bəstəkar-müğənni Murad Arif Rusiyanın Xalq artisti Alla Puqaçovanın ötən günlərdə vəfat edən SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovla bağlı paylaşımına sərt reaksiya verib. 

OLAY yazır ki, Alla instaqramda paylaşım edərək bu ölüm xəbərinə görə kədərli olduğunu qeyd edib:

“Çoxdandır ki, belə hönkürtü ilə ağlamamışdım. Azadlığı qazandığımız, bütün dünya üçün “Şər İmperatorluğu” olmaqdan çıxdığımız, övladlarımızın gələcəyi ilə bağlı qorxunun yox olduğu dövr getdi. Əsas odur ki.Qorbaçov zorakılığı siyasət və öz hakimiyyətini qoruyub saxlamağın bir yolu kimi rədd etdi. Səhvlər bütün bəşəriyyət üçün ölümcül olmamalıdır. İnsanlıq və nəciblik haradasa itib. Güzəşt etmək qabiliyyəti yox olub. Bu güzəştə getmək övladlarının gələcəyi üçün narahat olmadan yaşamaq arzusunda olan xalqın mənafeyinə uyğundursa, gəlin onu, birlikdə axtaraq. Ümid edirəm ki, hələ də gec deyil”.

M. Arif isə həmin postun şərh bölməsində bu sözləri yazıb:

“Bir cəllad - əli qulağına qədər qan içində... Alla Borisovna, onun vaxtında, hərəkətsizliyindən, bəzən də onun əmri ilə alovlanan millətlərarası münaqişələri unutmaq olmaz... Bu, Sovet respublikalarının bir çox sakinləri tərəfindən təsdiqlənəcəkdir. Sizə nə qədər mehriban görünsə də, yüzlərlə günahsız vətəndaşın, qadının, qocanın, uşağın qanına görə lənətlənəcək”.